"Napoli" Angissa ilə bağlı qərar verib

"Napoli" klubu kamerunlu futbolçusu Zambo Angissa ilə yola davam edəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 2027-ci ilin iyun ayına qədər yeni müqaviləyə imza atacaq.

Angissanın dəyəri "Transfermarkt" portalına görə, 27 milyon avrodur.

Qeyd edək ki, təcrübəli futbolçu 2022-ci ildən "Napoli"nin şərəfini qoruyur.