"Napoli" üçün 60 milyon avro yüksək məbləğdir

"Napoli" uruqvaylı forvard Darvin Nunyes üçün 60 milyon avro ödəmək niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Liverpul" klubu 26 yaşlı forvardı 60 milyon avrodan aşağı satmayacaq.

Qeyd edək ki, Darvinin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.