Nazim Babayev fəxri kürsünün üçüncü pilləsində
Yaponiyanın Osaka şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər.
Sportline.az xəbər verir ki, Nazim Babayev çempionatda uğurlu çıxışla yadda qalıb.
Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu “IAAF World Challange Seiko Golden Grand Prix Osaka 2019” turnirində 16,48 metr məsafəyə tullanmaqla fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yarışda amerikalı Omar Kreddok qızıl medalın sahibi olub. Çinli atlet Yaminq Zu isə gümüş medala layiq görülüb.
Çəkicatma yarışında çıxış edən Anna Skidan isə 71,5 metr nəticə ilə altıncı pillədə qərarlaşıb.