"Neftçi" Bordinlə yolları ayırdı

"Neftçi” Roberto Bordinlə yolları ayırıb.

Sportline.az Fanat.Az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə öncə Antalyada toplantını yekunlaşdıran klub idarəçiləri italyan çalışdırıcını yola salıb.

Xəbəri klubun sözçüsü Rüstəm Allahverdiyev də təsdiqləyib.

O,  komandanın Füzuli Məmmədova tapşırıldığını bildirib. Məmmədov müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirəcək.