"Neftçi" - "Desna": başlama vaxtı müəyyənləşdi

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin Ukrayna “Desna”sı ilə keçirəcəyi yoxlama oyununun başlama saatı məlum olub.

Sportline.az “ağ-qaralar”ın sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, yanvarın 24-də “Emir Hotels Spor Kompleksi”nin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bu, "Neftçi"nin toplanışda son matçıdır. Komanda buna qədər keçirdiyi yoxlama matçında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna isə 1:2 hesabıyla uduzmuşdu.