"Neftçi" "Kayrat"la, "Sumqayıt" isə "Pakş"la qarşılaşacaq
"Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.
Sportline.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Bakı klubu Qazaxıstanın "Kayrat" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" isə Macarıstanın "Pakş" komandası ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 16:00-a təyin edilib.