"Neftçi" klubunda növbəti ayrılıq

«Neftçi»də növbəti ayrılıq baş verib.

Sportline.az Sportinfo.az-a istinadən xəbər verir ki, Rauf Əliyevin ardınca Dari Federiko da düşərgəni tərk edib. Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cənubi amerikalının sözləşməsi 1 il sonra başa çatacaqdı. «Sambaçı»nın istər Roberto Bordin, istərsə də rəsmilərlə münasibətləri qaydasında deyildi.

Onun 2019-cu ilin yanvarında klubdan qalmaqallı şəkildə ayrılaraq Cənubi Koreyaya yollanması və həmin vaxt bakılı rəsmilər haqda nə söyləməsi hələ də yaddan çıxmayıb.