"Neftçi" "Qarabağ"la oyuna belə hazırlaşır

"Neftçi” komandası, Premyer Liqanın 16-cı turunda görüşəcəyi "Qarabağ”la oyunun hazırlığını davam etdirir.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda üzvləri ötən gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 8-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” görüşü saat 20:00-da başlanacaq.