"Neftçi"dən Ukrayna klubuna

"Neftçi"nin futbolçusu Kirill Petrov karyerasını ölkəsi Ukraynada davam etdirəcək.

Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Kolos"un oyunçusu olub.

"Neftçi" də rəsmi məlumat yayaraq K. Petrovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini təsdiqləyib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, K.Petrov 2017-ci ilin yayından Bakı klubunda oynayırdı.