"Neftçi"nin futbolçusu geri dönür

İcarə əsasında “Səbail”də çıxış edən Mirabdulla Abbasov müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdır.

Sportline.az xəbər verir ki, bu barədə “Səbail”in rəsmi “İnstaqram” səhifəsi açıqlama yayıb.

Bildirilib ki, 24 yaşlı hücumçu “Neftçi”yə geri dönür.

Qeyd edək ki, “Səbail” Mirabdullanı 2019-cu ilin yayında “Neftçi”dən icarəyə götürmüşdü.

Onun klubla icarə müqaviləsinin müddəti mövsümün sonuna qədər idi.