"Neftçi"nin prezidenti futbolçularla görüşdü

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov U-11 komandasının üzvləri ilə görüşüb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar veteran futbolçu, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası, 1966-cı ilin bürünc mükafatçısı Valeri Hacıyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olmuş komandanın futbolçularını təbrik ediblər.