"Neftçi"nin sabiq futbolçusu Ukrayna klubunda

Bu günlərdə "Neftçi"dən ayrılan Kirilo Petrovun yeni klubu rəsmiləşib.

Sportline.az xəbər verir ki, 30 yaşlı müdafiçi karyerasını Ukraynada davam etdirəcək.

O, Ukrayna Premyer Liqasında çıxış edən "Kolos"la anlaşıb. Ukrayna millisinin sabiq üzvü Kiyev klubu ilə müqavilə bağlasa da, sözləşmənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Neftçi" ilə müqaviləsinə iki gün əvvəl xitam verilən Kiril Petrov, bu mövsüm "ağ-qaralar"ın heyətində 17 oyuna çıxıb.