"Neom" klubu fransalı forvardı heyətinə qatıb
“Neom” Lakazeti heyətinə qatdı.
Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Neom” klubu fransalı hücumçu Aleksandr Lakazeti transfer etdiyini rəsmən açıqlayıb. “Lion” ilə müqaviləsi başa çatan 34 yaşlı forvard Səudiyyə Pro Liqasının yeni təmsilçilərindən biri olan “Neom”un heyətinə qoşulub.
Klubun rəsmi sosial media hesabında transfer “Snayper Aleksandr Lakazet artıq burada!” ifadəsi ilə duyurulub.
Lakazet ötən mövsüm 42 oyuna çıxaraq 19 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.