Neymar PSJ-nin heyətindən çıxarıldı

PSJ-nin hücumçusu Neymar zədələnib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Fransa Liqasının 22-ci turunda "Monpelye" ilə matçda qabırğasından zədə alıb.

Bu səbəbdən onun adı ölkə çempionatının növbəti turunda "Nant"la görüş üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, "Nant" - PSJ görüşü sabah keçiriləcək.