Niko Rozberq Avropa Qran Prisinin qalibidir
Bakıda ilk dəfə keçirilən Formula-1 üzrə Avropa Qran Prisinə yekun vurulub. SportLine.az xəbər verir ki, yarış "Mersedes" pilotu Niko Rozberqin qələbəsi ilə yekunlaşıb. O, 1 saat 32 dəqiqə 52 saniyəyə finişə çatıb. Sebastian Fettel ("Ferrari") 2-ci, Serxio Perez ("Fors İndia") 3-cü olub.