"Nottingem Forest"də yeni müqavilə
"Nottingem Forest" uelsli futbolçusu Neco Uilyamsla yola davam edəcək.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı sağ cinah müdafiəçisi "Nottingem"lə 2030-cu ilin iyun ayına qədər yeni müqavilə imzalayıb.
Neco Uilyamsın dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avro olaraq qiymətləndirilir.