Nunyes İtaliya çempionuna keçə bilər
"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes karyerasını İtaliyada A Seriyasında davam etdirməyə yaxındır.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Napoli" Nunyesi heyətinə qatmaq niyyətindədir.
25 yaşlı forvardın transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.