"Nyukasl"dan 55 milyon avroluq transfer
"Nottingem Forest"in isveçli futbolçusu Antoni Elanqa "Nyuyaksl Yunayted"ə transfer ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
Elanqanın transfer qiyməti 55 milyon avrodur.
Qeyd edək ki, "Nyukasl Yunayted" bu məbləği "Nottingem"ə ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.