Olimpiyaçımız Kiyev çempionatının qalibi oldu

Atletika üzrə Azərbaycan yığmasının üzvü Anna Skidan Açıq Kiyev çempionatının qalibi olub.

Sportline.az xəbər verir ki, çəkicatma növündə çıxış edən atlet 73.50 metr nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.