Orkun Kökçünün transfer qiyməti bəlli olub
"Benfika"nın türkiyəli futbolçusu Orkun Kökçünün transfer qiyməti açıqlanıb.
Sportline.az jurnalist Ertan Süzgünün məlumatına istinadən xəbər verir ki, Portuqaliya klubu Orkun üçün 40 milyon avro tələb edir.
24 yaşlı yarımmüdafiəçi karyerası ərzində çıxış etdiyi 343 matçda 75 qol 58 asistlə yadda qalıb.
Qeyd edək ki, O.Kökçünün "Benfika" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.