Osayi Samuelin yeni klubu bəlli olub

"Fənərbağça"nın nigeryalı futbolçusu Brayt Osayi Samuel karyerasını "Birmingem" klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, futbolçu "Birmingem" klubu ilə 3 illik müqavilə imzalayıb.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm 39 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.