Oyun əlverişsiz hava şəraitinə görə təxirə salındı

Bundesliqanın 21-ci turunda "Borrusiya" (Münhenqladbax) - "Köln" matçı təxirə salınıb.

Sportline.az xəbər verir ki, buna güclü yağış və küləkli hava şəraiti səbəb olub. Təşkilatçılar azarkeşlərin təhlükəsizliyinə zəmanət verə bilmədiyi üçün görüşün təxirə salınması qərara alınıb.

Belə hava şəraitinin bütün Almaniyaya yayılacağı ehtimal olunur.