Oyunçunun futboldan uzaqlaşdırılması hamını şoka saldı

Şotlandiyalı yarımmüdafiəçi Konner Duti iki il müddətinə futboldan uzaqlaşdırılıb.

Sportline.az Edinburgh Evening News saytına istinadən xəbər verir ki, buna onun marixuana çəkməsi səbəb olub.

İkinci liqada yarışan “Stenxausmiyor” klubunun 23 yaşlı futbolçudan ötən il alınan dopinq testi müsbət nəticə verib. Bu günlədə isə sərt qərar qəbul edilib.

Şotlandiyada yarışların keçirilmədiyi müddətdə futbolçuların marixuana qəbul etməsi qadağan olunmur. Amma mövsümün gedişatı ərzində belə fakt qeyd alınsa, o zaman cəza tətbiq edilir.