Ozan Tufan zərbələrinin sirrini açdı

"Zərbələrə görə xüsusi məşqlər edirəm. Özümü hazırlayıram".

Sportline.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Ozan Tufan DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Norveçlə matçdan (3:0) sonra verdiyi açıqlamada deyib. Görüşdə 2 qol vuran oyunçu zərbələrinin uğurlu olmasının səbəbini belə izah edib:

"Çalışmağımın bəhrəsini belə matçlarda görürəm. Çox xoşbəxtəm. Mən ikitərəfli oynamağı sevirəm. Özümü buna məcbur edirəm. İkitərəfli oynaya bilməyəndə öz çıxışımdan həzz almıram. Komanda yoldaşlarıma kömək edə bildiyim üçün çox xoşbəxtəm".

Banner