Özil imzanı nə vaxt atır?

"Fənərbağça"nın yeni transferi Məsut Özillə müqavilə imzalayacağı tarix müəyyənləşib.

Sportline.az Goal.com-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç danışıb.54 yaşlı rəhbər bunları deyib:

"Başqa klublar da Məsutu transfer etmək istədi. Amma onun ürəyi bizimlə idi. Məsutla bağlı hər şey qaydasındadır. Hazırda məcburi olaraq karantindədir. Bundan sonra müqavilə ilə bağlı işlər görüləcək. Hər şey plana uyğun gedərsə, çərşənbə axşamı onunla müqavilə imzalanacaq. Özilin “Fənərbağça”dakı ilk məşqinə bu gün axşam çıxacağını gözləyirik. Onun nə vaxt oynayacağına isə baş məşqçi qərar verəcək. Düşünürəm ki, iki həftə sonra yavaş-yavaş matçlarda iştirak etməyə başlayacaq".

Qeyd edək ki, Məsut Özil 2013-cü ildən "Arsenal"da çıxış edirdi.