Parti Türkiyə klubundan 10 milyon avro istəyir

"Arsenal"ın qanalı yarımmüdafiəçisi Tomas Parti bu yay klubdan azad agent kimi ayrılacaq.

Sportline.az xəbər verir ki, "Beşiktaş" futbolçunu heyətinə qatmağı düşünür.

Lakin Parti İstanbul klubundan 10 milyon avro imza pulu və 3 illik müqavilə tələb edir. 

Bu haqda jurnalist Ertan Süzgün məlumat yayıb.

Qeyd edək ki, "Beşiktaş"ın rəhbərliyi bu təklif hələki cavab verməyib.