Paşayevin komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Ukrayna təmsilçisi Qazaxıstanın “Kızıl Jar” klubu ilə qarşılaşıb. Görüş “Aleksandriya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

P. Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.