Pedri “Barselona” ilə yeni müqavilə imzalayacaq

“Barselona”nın ispaniyalı futbolçusu Pedri klubla müqaviləsinin müddətini artıracaq.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, klub rəhbərliyi 21 yaşlı futbolçuya 4 illik yeni müqavilə təklif edib. Pedri bu təklifə müsbət yanaşır.

Pedrinin “Barselona” ilə hazır ki, müqaviləsi 2026-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Pedri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 3 qol və 2 asistlə yadda qalıb.