Pedri və Qavinin klubdaki talehinə aydınlıq gəlib
"Barselona" klubu iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, La Liqanın hazırkı lideri Pedri və Qavi ilə sözləşməni yeniləmək üçün danışıqlara başlayıb.
Hər iki oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, Pedri cari mövsüm 18 oyunda 3 qol vurub. Qavi isə cəmi 7 matçda iştirak edib və heç nə ilə yadda qalmayıb.