Pelkas azarkeşləri qorxutdu
"Fənərbağça"nın futbolçusu Dimitris Pelkas Türkiyə Superliqasının 29-cu turunda hazırda davam edən "Konyaspor"la matçı tamamlaya bilməyib.
Sportline.az xəbər verir ki, o, 80-ci dəqiqədə rəqib müdafiəçi Skubiçlə təhlükəli toqquşmadan sonra yerdən qalxa bilməyib.
Yunan yarımmüdafiəçi meydanı xərəklə tərk edib və dərhal xəstəxanaya aparılıb.