Podolski yenidən Superliqaya döndü

Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.

Sportline.az xəbər verir ki, Polşa əsilli forvard Türkiyəyə qayıdıb. 34 yaşlı futbolçu Super Liqa təmsilçisi "Antalyaspor"la anlaşıb. Təcrübəli futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.

“Köln”ün yetirməsi “Bayern”, “Arsenal”, “İnter”, “Qalatasaray” kimi klublarda çıxış edib. Podolski 2017-ci ildən “Vissel Kobe”də oynayırdı.