Pol Poqba ABŞ millisinin oyunundan sonra Coel Embiidlə görüşüb

Fransa millisinin heyətində Dünya çempionu olan Pol Poqba Olimpiya oyunları ərəfəsində keçirilən ABŞ-Serbiya basketbol matçından sonra məhşur basketbolçu Coel Embiidlə görüşüb.

Sportline.az xəbər verir ki,  ABŞ və Serbiya yığmaları arasında keçirilən görüş 105:79 (28:28, 31:17, 24:13, 22:21) hesabı ilə Şimali Amerika təmsilçisinin xeyrinə başa çatıb.Görüşün ən məhsuldar oyunçusu Stefen Karri olub.O, matçı 24 xalla tamamlayıb.Əsas heyətdə başlayan Embiid 8 xal toplayıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Pol Poqba dopinq testindən müsbət keçib. Bu il fevralın 29-da antidopinq məhkəməsi Pol Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib.