Poqba bu səbəbdən 1 ay oynamayacaq

"Mançester Yunayted"in futbolçusu Pol Poqba əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bununla bağlı fransalı yarımmüdafiəçi şəxsi İnstagram səhifəsində paylaşım edib.

Ayaq biləyindən əməliyyat edilən futbolçunun təxminən bir ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Poqba zədə səbəbindən 3 aylıq fasilədən sonra dekabrın sonlarında iki oyunda iştirak edib. Sonuncu matçda isə zədəsini yeniləyib.