Portuqaliyalı ulduz "Qalatasaray" yolunda
"Qalatasaray" yeni mövsümə hazırlığı davam etdirir.
Sportline.az xəbər verir ki, heyəti gücləndirməyi planlaşdıran İstanbul nəhəngi Leroy Sanenin ardınca daha bir neçə ulduz futbolçu ilə anlaşmaq niyyətindədir.
Onlardan biri Joao Feliksdir. Portuqaliyalı futbolçunun bugünlərdə İstanbulda olduğu və menecerinin "Qalatasaray" rəsmiləri ilə görüşdüyü bildirilir.
Qeyd edək ki, son mövsümü icarə əsasında "Milanda" keçirən 25 yaşlı hücumçu Çelsiyə məxsusdur.
Onun "zadəganlarla" 2031-ci ilədək müqaviləsi var.