Prosineçki "Qalatasaray"dan xal almaq niyyətindədir

Türkiyə Super Liqasının 20-ci turunda autsayder "Kayserispor" "Qalatasaray"ın qonağı olacaq.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki İstanbul klubundan xal almağa çalışacaqlarını deyib:

"Qalatasaray"la matç çox çətin olacaq. Rəqibi anlatmağa və necə komanda olduğunu söyləməyə ehtiyac yoxdur. Ancaq biz də yaxşı hazırlaşırıq. Başımız dikdir və o oyunda yaxşı nəticə qazanmaq üçün motivasiya oluruq. "Qalatasaray"la qarşılaşmada xal qazanacağımızı düşünürəm".

Azərbaycan millisinin sabiq çalışdırıcısı qış fasiləsində "Kayserispor"un "sükanı arxası"na keçib. Klub rəhbərliyi xorvatiyalı mütəxəssisə komandanı Super Liqada saxlamağı tapşırıb.

"Qalatasaray" - "Kayserispor" oyunu fevralın 2-də keçiriləcək.