Qadın atletimiz dünya çempionu oldu

Azərbaycanın daha bir para-atleti Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Sportline.az xəbər verir ki, milli komandanın üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 100 m məsafəyə qaçışda 11,99 saniyə nəticə göstərərək qızıl medal əldə edib.

Qeyd edək ki, mundialda ilk 4 yerə sahib çıxan para-atletlər paralimpiadaya birbaşa lisenziya qazanırlar. Daha əvvəl Oloxan Musayev nüvə itələmə növündə 4-cü olmaqla bu hüquqa yiyələnib.