"Qalatasaray" afrikalı futbolçu ilə maraqlanır
"Qalatasaray" bu yay heyətinə yeni hücumçu transfer etməyi planlaşdırır.
Sportline.az "Africa Foot"a istinadən xəbər verir ki, "Atalanta"nın afrikalı futbolçusu El Bilal Ture "Qalatasaray"ın transfer siyahısında yer alıb.
23 yaşlı futbolçunun dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, El Bilal Ture geridə qalan mövsüm meydana çıxdığı 34 matçda 6 qol 1 asist müəllifi olub.
O, ötən mövsümü Almaniyanın "Ştutqart" klubunda keçirib.