"Qalatasaray" meksikalı hücumçunun transferinə hazırlaşır
"Qalatasaray" heyəti gücləndirmək istiqamətində işləri davam etdirir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi bu məqsədlə Meksikaya üz tutub.
Söhbət "Toluka"nın cinah hücumçusu Aleksis Veqadan gedir.
Meksika millisinin üzvü baş məşqçi Okan Burukun transfer siyahısındadır.
15 milyon avro qiyməti olan 27 yaşlı futbolçu ötən sezon 42 oyunda 16 qol, 15 asist müəllifi olub.