"Qalatasaray" qərar verdi

"Qalatasaray" rəhbərliyi komandanın Türkiyə Superliqasında ardıcıl xal itkilərindən sonra futbolçuları cəzalandırmaq qərarı alıb.

Sportline.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi oyunçulara mükafatları dayandırıb, məşq saatlarını dəyişdirilib. Sarı vərəqə və qırmızı vərəqə alaraq, komandanı azlıqda qoyan oyunçular cərimələnib. Ən böyük cərimə isə "Çaykur Rizəspor"la matçda (3:4) səhv edərək, cəzalı duruma düşən Markao və Kristian Luindamaya verilib.

Məşqçi heyətinin də razılığı ilə "Qalatasaray" rəhbərliyinin cəzaları və verdiyi yeni qərarlar :

Cərimələr tətbiq olunub. Vərəqələr səbəbindən komandanı azlıqda qoyan oyunçular cərimələnəcək.

Ən çox cərimə  "Çaykur Rizəspor"la matçda (3:4) ciddi səhvlər edən və cəzalı duruma düşən Markao və Luindamaya veriləcək.

UEFA qaydalarına görə, maaşlar dayandırıla bilməz. Ancaq bütün mükafatların verilməsi bu mövsümün sonuna qədər dondurulub.

Bəzi oyunçulara mövsümün sonunadək oynamaq şansı verilməyəcək. Ancaq bu, rəsmi xarakter daşımır.

Florya təsislərində fövqaladə duruma keçid edilib. Məşq saatları dəyişdirilib. Futbolçular  səhər 9-dan axşam 5-ə qədər məşq edəcəklər.

Məşqçi heyətində bəzi dəyişikliklər ediləcək. Rəqibləri analiz etmək üçün yeni məşqçinin də gətirilməsi gündəmdədir.