"Qalatasaray" vahid liderdir

Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.
 
Sportline.az xəbər verir ki, daha 4 matç keçirilib.
 
“Qalatasaray”  “Alanyaspor”un qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Bununla da İstanbul təmsilçisi ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.

Bu nəticədən sonra "Qalatasaray" 54 xalla (25 oyun) 1-ci, "Beşiktaş" 51 xalla (24 oyun) 2-ci, "Fənərbaxça" eyni xalla (24 oyun) 3-cüdür.

20 fevral
 
"Kasımpaşa" – "Fatih Karagümrük" - 3:2
Qollar:
 Telin, 20, Erdoğan, 59, 68 – Roko, 14, Kastro, 80
 
"Dənizlispor" – "Gənclərbirliyi" - 1:0
Qol:
 Mesanoviç, 19
 
"Yeni Malatyaspor" – "Konyaspor" - 2:3
Qollar:
 Büyük, 24, 45+3-pen – Diomande, 72, Çikalleşi, 80, 84
 
"Alanyaspor" – "Qalatasaray" - 0:1
Qol
: Kılınc, 18