"Qalatasaray" və "Beşiktaş"ın oyunları ilə bağlı qərar

Türkiyə Super Liqasının XXV turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Kasımpaşa" oyununun başlama saatı dəyişdirilib.

Sportline.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb həftəsonu İstanbul şəhərində güclü qar yağışının gözlənilməsidir.

Fevralın 14-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da başlamayacaq. Qarşılaşma Bakı vaxtı ilə 17:00-a təyin edilib.

"Genclerbirliyi" - "Beşiktaş" oyunu da eyni səbəbdən erkən saata salınıb.

 Fevralın 15-də keçiriləcək görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, Bakı vaxtı ilə 17:00-a təyin edilib.