"Qalatasaray" Vidalı hədəf alıb

"Qalatasaray" "İnter"in futbolçusu Arturo Vidalla yaxından maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə İtaliyanın "Tuttomercato" saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçini "Marsel" və "Flamenqo" ilə yanaşı İstanbul təmsilçisinin heyətinə qatmaq istədiyi bildirilib.

Qeyd edək ki, karyerası ərzində "Bavariya", "Bayer", "Barselona", "Yuventus" kimi komandalarda da çıxış etmiş Vidal bu mövsüm A seriyasında 30 matç keçirib.