"Qalatasaray" yeni qapıçı axtarışına çıxıb
"Qalatasaray" klubu yeni qapıçı axtarışına çıxıb.
Sportline.az xəbər verir ki, insayder Fabrisio Romanoya görə, “İnter”in qapıçısı Yann Zommer Türkiyə klubunun yeni qapıçısı vəzifəsi üçün namizədlərdən biridir.
Lakin “Qalatasaray” hazırda bir neçə alternativ üzərində də düşünür. Həm Zommerə, həm də “İnter”ə hələ rəsmi təklif göndərilməyib.
Ötən mövsüm İsveçrə millisinin qolkiper 33 A Seriyası oyununda iştirak edib və onlardan 13-də qapısını toxunulmaz saxlayıb.