"Qalatasaray"da daha bir ayrılıq rəsmiləşdi

"Qalatasaray" klubu daha bir futbolçu ilə yolları ayırıb.

Sportline.az klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, istanbullular Kerem Demirbayla vidalaşıblar.

Təcrübəli yarımmüdafiəçi 2023-cü ilin yayında "Bayer"dən 3 milyon 700 min avroya transfer olunmuşdu.

31 yaşlı futbolçu "Qalatasaray"ın heyətində meydana çıxdığı 76 oyunda 7 qol, 10 asistlə yadda qalıb.