"Qarabağ" 15-ci tura hazırlaşır

Türkiyə toplanışını başa vurduqdan sonra Bakıya qayıdan və istirahətə buraxılan “Qarabağ” məşqləri bərpa edib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gündən Premyer Liqanın 15-ci turunda “Səbail”lə keçiriləcək səfər matçının hazırlığına start verib.

Qeyd edək ki, fevralın 2-də “ASCO Arena”da keçiriləcək oyun 17:30-da başlayacaq.