"Qarabağ" Avstriyaya yollandı
"Qarabağ" komandası yay təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu Zell-Am-Seenin Kaprun bölgəsində 4 yoxlama görüşü keçirəcək.
Ağdam təmsilçisinin rəqibləri "Metallist1925"(Xarkov), "Tvente", "Zalsburq" olacaq.
"Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.