"Qarabağ" dünyanın ən yaxşıları sırasında

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.
 
Sportline.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.
 
Cədvəldə Azərbaycanın ən yaxşı komandası "Qarabağ”dır.
 
Ölkə çempionu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandasıdır.