"Qarabağ" - "Neftçi" görüşünün vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarının vaxtı açıqlanıb.
Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, turun görüşləri 2 günü əhatə edəcək.
Fevralın 8-də "Tofiq Bəhramov" adına stadionda keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü saat 20:00-da başlanacaq.
7 fevral (cümə)
17:00.“Keşlə” – “Səbail”
“ASK Arena”
19:00.“Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”
8 fevral (şənbə)
17:30.“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena"
20:00.“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd: Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi 8-9 fevralda deyil, 7-8 fevralda keçiriləcək.