"Qarabağ" "Neftçi"lə mübarizə aparacaq
“Neftçi-2” mövsümün ikinci yarısına hazırlığı davam etdirir.
Sportline.az xəbər verir ki, əvəzedicilər yanvarın 6-dan etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlaşır. Yanvarın 12-də istirahət edəcək komanda ayın 13-dən 25-dək “Neftçi”nin bazasında təlim-məşq toplanışı keçəcək.
“Neftçi-2” 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 16-da MOİK, 24-də “Qarabağ-2”, 30-da isə “Sabah-2” ilə qarşılaşacaq.