Qarabağ qazisi dünya çempionatına lisenziya qazandı

Azərbaycanın daha bir paraatleti, Qarabağ qazisi Ömər Bozbaxov iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsindən Sportline.az saytına verilən məlumata görə, o, İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə gümüş medal əldə etməklə buna nail olub.

Ö.Bozdaxov nüvə itələmə üzrə 11.96 metr nəticə göstərərək, ikinci yerə sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl yığmanın digər üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.